20 
Yan
2020
05:03
12
267
7752
Virtual karabakh

Həbsxanadan çıxdı, yoldaşını və anasını qətlə yetirdi

20 Yan, 2020
05:03
7752

Həbsxanadan çıxdı, yoldaşını və anasını qətlə yetirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində dəhşətli qətl hadisəsi baş verib.

“Hürriyet” xəbər verir ki, yerli sakin Tahsin Yüksekova həbsxanadan çıxdıqdan bir müddət sonra çiçəkçiliklə məşğul olan anası Zülfiye Yüksekova və yoldaşı Seyhan Yüksekovanı qətlə yetirib.

T.Yüksekova bu cinyaətdə atasını günahlandırır.

Cinayətkarın sözlərinə əsasən, bu əmələ onu atası təhrik edib.

“Davamlı olaraq anamı və yoldaşımı öldürməyimi tələb edirdi. Mən də atamın dediyini etməyə qərar verdim. Həbsdən şərti azadlığıa buraxıldıqdan sonra atamın mənə verdiyi tapança ilə hər ikisini öldürdüm”, - deyə qatil etiraf edib.

Anasını və yoldaşını qətlə yetirdikdən sonra T.Yüksekova polisə təslim olub.

“Sonra onların öldüklərini öyrəndim. Çox peşmanam. Anamla problemim yox idi, onu çox sevirdim”, - deyə T.Yüksekova əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri