21 
Yan
2020
01:52
23
88
6872
Virtual karabakh

Naməlum ölümcül virusa yoluxanlar hər yerdə axtarılır - VİDEO

21 Yan, 2020
01:52
6872

Naməlum ölümcül virusa yoluxanlar hər yerdə axtarılır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Çində yayılan ölümcül naməlum virusla əlaqədar sərnişin təyyarəsində aparılan yoxlamalar barədə kadrlar yayılıb.

Bu barədə “Lenta.ru” xəbər verib. 

Kadrlardan görünür ki, xüsusi geyimdə olan və tibb işçiləri olduğu ehtimal edilən şəxslər səyyahların alnına xüsusi aparatla toxunurlar.

Bildirilir ki, video yeni virusun yayıldığı Uxandan Makaoya gedən təyyarədə çəkilib, temperaturu yüksək olanlar həkim yoxlanışı üçün düşürülüb.

Bundan əvvəl Çinin Hubei əyalətində naməlum mənşəli sətəlcəm epidemiyasının sürətlə yayıldığı bildirilmişdi. Xəstəliyə yoluxanlar arasında ölüm halları da qeydə alınmışdı.

Son məlumatlara görə, naməlum mənşəli virusa yoluxma halı artıq Cənubi Koreyada da müşahidə olunur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri