21 
Yan
2020
23:28
13
87
3443
Virtual karabakh

Koçaryanın məhkəməsi vəkillərin boykotu səbəbindən təxirə salınıb

21 Yan, 2020
23:28
3443

Koçaryanın məhkəməsi vəkillərin boykotu səbəbindən təxirə salınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın və digərlərinin işi üzrə məhkəmə iclası vəkillərin “boykot etməsi” səbəbindən təxirə salınıb.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə hakim Anna Danibekyan çərşənbə axşamı keçirilən məhkəmə iclasında bildirib.

Vəkillər bildirib ki, zərərçəkmişin müdafiəçisi onlara qarşı təhdid səsləndirib və məhkəmə buna məsuliyyətli yanaşmayıb.

Onların dediyinə görə, bu şəraitdə öz öhdəliklərini və hüquqlarını layiqincə yerinə yetirmək imkanından məhrumdurlar. Buna əsaslanaraq iclasda iştirak etməyiblər.

Hakim Koçaryana və Gevorkyana müraciət edərək belə vəziyyətdə müttəhimə fərqli bir vəkil təklif etmək hüququna malik olduğuna dair məlumat verib.

Koçaryan və Gevorkyan özləri mümkün sanksiyalarla tanış olduqlarını, lakin bu görüşdə başqa bir vəkil cəlb etmək imkanlarının olmadığını bildiriblər.

Növbəti iclas fevralın 4-də saat 13:00-a təyin olunub.

Bundan əvvəl Apelyasiya Məhkəməsi Koçaryanın müdafiə tərəfinin şikayətini rədd edərək, onun girov müqabilində azadlığa buraxılmasını qəbul etməyib. Müdafiə tərəfi Kassasiya Məhkəməsinə şikayət edib.

Koçaryan 2008-ci ilin 1 martında konstitusiya quruluşunu devirməklə, 10 nəfərin öldüyü etirazları dağıtmaqla bağlı cinayət işində ittiham edilir. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri