22 
Yan
2020
05:39
126
23
6448
Virtual karabakh

Görmə qabiliyyəti olan tank sınaqdan keçirildi

22 Yan, 2020
05:39
6448

Görmə qabiliyyəti olan tank sınaqdan keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın Solsberi poliqonunda şəhər döyüşləri üçün təkmilləşdirilmiş Challenger 2 tankının uğurlu sınağı baş tutub.

“CNN” xəbər verir ki, tanka İsrail istehsalı olan İron Vision" adlı əlavə reallıq sistemi quraşdırılıb.

Bu sistem tankın üzərinə quraşdırılan kameraların görüntülərini tankçıların dəbilqəsinə yerləşdirilmiş indikatorlara ötürür.

Bunun hesabına, tank heyəti hərbi nəqliyyat vasitəsinin ətrafında baş verənləri görmək imkanı əldə edir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri