22 
Yan
2020
11:15
59
24
3923
Virtual karabakh

Tək səyahət etmək istəyənlər üçün ən yaxşı ölkələrin reytinqi açıqlandı

22 Yan, 2020
11:15
3923

Tək səyahət etmək istəyənlər üçün ən yaxşı ölkələrin reytinqi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tək səyahət etmək istəyən turistlər üçün ən uyğun ölkələrin reytinqi tərtib olunub.

“HypeBae” portalı tək səyahət edən turistlər üçün ən populyar 20 ölkənin adlarını açıqlayıb.

Reytinqdə ilk yeri Xorvatiya tutur.

“Bu gözəl Avropa ölkəsi ən yaxşı çimərliklər, cazibədar qədim şəhərlər, füsunkar təbii parklar və şərab evlərinin vətənidir. Rovin şəhərini və ya Dalmasiya bölgəsindəki ən böyük şəhər olan Spliti mütləq ziyarət edin”, - deyə portalda bildirilir və eyni zamanda, “Game of Thrones” serialının çəkilişlərinin də Xorvatiyada aparıldığı vurğulanır.

Reytinqin ikinci yerində Peruda inklərə məxsus Maçu-Pikçu kompleksi dayanır.

Üçüncü yerdə isə Malta qərarlaşıb.

Reytinqdə Bali, İsveçrə, İtaliya, Cənubi Koreya, İspaniya, İslandiya, Honkonq, Nyu-York, Yeni Orlean, Kopenhagen, Amsterdam, Yeni Zelandiya, Mərakeş, Avstraliya, Tailand, Yaponiya və Sinqapur da yer alıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri