22 
Yan
2020
20:00
75
326
6281
Virtual karabakh

Çində dəhşətli virusdan ölənlərin sayı artır

22 Yan, 2020
20:00
6281

Çində dəhşətli virusdan ölənlərin sayı artır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində koronavirusdan ölənlərin sayı 17-ə çatıb. 

“Report” Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, ölüm halları virusun yayılmağa başladığı Hubei əyalətində qeydə alınıb.  

Həmçinin ölkə boyu məlum olan yoluxma halları 444-ə çatıb. 

Bununla yanaşı, Çinin xüsusi bölgəsi olan Honkonq hökuməti yeni koronavirusla bağlı vəziyyəti diqqət mərkəzində saxlayır. 

RİA “Novosti” xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunda bildirən Honkonq hökumətinin rəhbəri Karri Lam bölgəyə gediş-gəlişin çox olması üzündən vəziyyətin həssas olduğunu qeyd edib. 

Daha əvvəl Honkonqun səhiyyə katibi Sofia Çan Siu Çi mətbuat konfransı zamanı Çinin Vuhan şəhərindən gələn bir turistdə yeni tip koronavirusun aşkarlandığını açıqlamışdı. 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri