24 
Yan
2020
09:21
33
119
3016
Virtual karabakh

Ölümcül virusa yoluxanların sayı kəskin artır: Çinin 10 şəhərində karantin elan olundu

24 Yan, 2020
09:21
3016

Ölümcül virusa yoluxanların sayı kəskin artır: Çinin 10 şəhərində karantin elan olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində yayılan ölümcül koronovirus epidemiyası ilə əlaqədar Hubey əyalətində 10 şəhərlə  nəqliyyat rabitəsi dayandırılıb. Ən sərt karantin epidemiyanın başladığı Uxan şəhərində tətbiq olunub.

Bu barədə “RİA Novsti” xəbər yayıb.

Məlumata görə, Çibi, Eçjou, Huanqan, Syantao, Çjitsyan, Huanşi, Enşi və Syannin şəhərlərinə nəqliyyatın hərəkəti dayandırılıb.

Uxanda hökumət sərnişin avtobuslarını və su nəqliyyatını şəhərə buraxmır. Vağzal və aeroportlar bağlanıb.

Pekində bütün iri tədbirlər ləğv edilib.

Qeyd edək ki, epidemiya sürətlə yayılır. Yanvarın 24-nə olan məlumata görə, təhlükəli xəstəliyə yoluxanların sayı kəskin artaraq, 849 nəfərə çatıb (dünən rəsmi məlumatlarda 617 nəfər göstərilirdi). Onlarda 177-nin vəziyyəti ağır qiymətləndirilir. Bundan başqa, ölümcül virusa yoluxan 26 nəfər həyatını itirib.

Qeyd edək ki, təhlükəli xəstəlik artıq qonşu ölkələrdə də müşahidə olunub. Belə ki, dünən Rusiyada iki nəfər bu xəstəliklə əlaqədar xəstəxanaya yerləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri