24 
Yan
2020
18:12
178
42
4820
Virtual karabakh

Çin virusla mübarizə üçün ordudan yararlanacaq

24 Yan, 2020
18:12
4820

Çin virusla mübarizə üçün ordudan yararlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ÇXR Mərkəzi Hərbi Şurası koronavirusla mübarizə üçün Uxana ordu cəlb edib. 

Şəhərə 40 hərbi həkim göndərilib.

Bu barədə “RİA Novosti” Çinin Mərkəzi Televiziyasına istinadla xəbər yayıb.

Qeyd edək ki, Çin hökuməti 11 milyon əhalisi olan Uxan şəhərində karantin elan edib: şəhərə girən bütün yollar bağlanıb, nəqliyyat rabitələri dayanıb.

Ümumilikdə isə Çində 10 şəhərdə karantin elan olunub. Son məlumatlara görə 830 nəfər bu virusa yoluxub, 25 nəfər həyatını itirib.

Virus artıq Çinin sərhədlərindən kənarda da yayılıb, yoluxma halları Cənubi Koreya, Yaponiya, ABŞ, Vyetnam, Sinqapur və Taylandda qeydə alınıb, Rusiyada və İtaliyada yoluxma ehtimalı ilə bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri