26 
Yan
2020
01:18
388
61
6135
Virtual karabakh

Jirinovski koronavirusu ABŞ-ın təxribatı hesab edir

26 Yan, 2020
01:18
6135

Jirinovski koronavirusu ABŞ-ın təxribatı hesab edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Çində yayılan koronavirusu ABŞ-ın təxribatı hesab edir. Bu barədə RİA məlumat yayıb.

Siyasətçi bildirib:

“Koronavirus artıq qitələr boyu irəliləyir. Əslində bu nədir – qripin yeni tipi, ya kimin təxribatıdır? ABŞ! İqtisadiyyat! Amerikalılar qorxur ki, Çini ötə, heç olmasa ona bərabər ola bilməyəcəklər”.

Jirinovski qeyd edib ki, bu, birinci hal deyil. O, quş qripini və Britaniyanın “kiminsə xoşuna gəlməyən” mal ətini nümunə kimi göstərib.  

Siyasətçinin sözlərinə görə, hazırkı epidemiya qığılcımı bir ay ərzində bitəcək:

“Dərmanı alıblar, kimsə milyarder olub. Onlar əsasən İsveçrədə yaşayırlar”.

Qeyd edək ki, son məlumatlara görə, koronavirusdan ölənlərin sayı 41-ə çatıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri