26 
Yan
2020
06:00
31
138
4847
Virtual karabakh

ABŞ 2030-cu ilə qədər “uçan aviadaşıyıcı”dan istifadə edəcək - VİDEO

“Gremlins” proqramı çərçivəsində yaradılan “X-61A” pilotsuz təyyarələrin mövqelərə buraxılmasını təmin edəcək “C-130 Hercules” hərbi-nəqliyyat təyyarəsi, demək olar, “uçan aviadaşıyıcı”dır.

Bu barədə “Popular Mechanics” nəşri Solt-Leyk-Siti (Yuta ştatı, ABŞ) şəhəri yaxınlığında 2019-cu ilin noyabrında keçirilən sınaqları şərh edərkən yazıb. Bu sınaqlar zamanı “X-61A” təyyarəsini daşıyan “C-130 Hercules”  havada 101 dəqiqə olub.

2018-ci ilin may ayında ABŞ Müdafiə Nazirliyinin Perspektivli tədqiqat layihələri İdarəsi “YouTube”da “Gremlins” proqramı çərçivəsində kiçik uçuş aparatlarının mövqelərə daşınması barədə ətraflı məlumat verən video yerləşdirmişdi.

 “Gremlins” proqramı bir dəstə dəfələrlə istifadə olunan kiçik və ucuz pilotsuz uçuş aparatlarının işə salınması və idarə edilməsi sisteminin yaradılmasını nəzərdə tutur. Bu aparatların hər biri 1000 kilometrədək uça biləcək və 700 vatt-dan 1000 vatt-a qədər gücündə turboreaktiv mühərrik və ötürücü ilə təchiz olunacaq. “Gremlins” çərçivəsində hazırlanan texnologiyaların tətbiqini ABŞ Hərbi Hava Qüvvələrinin tədqiqat laboratoriyasının videoçarxında görmək olar. Pentaqonun sözlərinə görə, 2030-cu ilə qədər olan münaqişələrdə bu proqramdan istifadə olunacaq.            

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri