26 
Yan
2020
04:32
21
45
3086
Virtual karabakh

Peru növbədənkənar parlament seçkilərinə hazırlaşır

26 Yan, 2020
04:32
3086

Peru növbədənkənar parlament seçkilərinə hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Peruda bu gün Milli Konqresə növbədənkənar seçkilər keçiriləcək.

TASS  xəbər verir ki, ölkənin birpalatalı qanunverici orqanında 130 yer uğrunda 21 partiya mübarizə aparacaq.

Perunun Seçki Komissiyasının məlumatına əsasən, 24,8 milyona yaxın vətəndaş (ölkə əhalisinin 32,5 mln. nəfərindən) 26 seçki dairəsində səs verməlidir.

Bütün ölkə üzrə 5,2 min seçki komissiyası məntəqəsi yerli vaxtla səhər saat 8:00-da işə başlayacaq, səsvermə saat 16:00-da başa çatacaq.

Təhlükəsizliyin təmin edilməsinə 135 min polis və 48 min hərbçi cəlb edilib. Səsvermədə iştirak icbaridir. Üzrlü səbəb olmadan səsvermədən yayınanlar yaşadığı ərazidən asılı olaraq 6,5 dollardan 26 dollaradək məbləğdə cərimə olunacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri