27 
Yan
2020
17:01
19
434
4643
Virtual karabakh

Əri maraqlanmadığı üçün qırx günlük körpəsini küçəyə atdı

27 Yan, 2020
17:01
4643

Əri maraqlanmadığı üçün qırx günlük körpəsini küçəyə atdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Adana şəhərində ana qırx günlük körpəsini küçəyə atıb.

“Hürriyet”in xəbərinə görə, Ayşə E. adlı bir qadın qızı Masalı beşiyə qoyaraq qaynının evinin qarşısına qoyub.

Evinə gələndə qapısının qarşısında körpəni görən kişi polisə xəbər verib. Polis beşikdəki qeyddə yazılan telefon nömrəsinə əsasən uşağın anasının Ayşə E. olduğu müəyyənləşdirib.

Qadın polisə verdiyi ifadəsində onunla maraqlanmadığına görə əri Cəlal Y.-yə dərs vermək üçün belə etdiyini deyib.

Körpə Masal isə həkim nəzarətindədir. Ailəsi onu qəbul etməsə, körpə uşaq evinə yerləşdiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri