28 
Yan
2020
12:56
110
17
3360
Virtual karabakh

Maşını qaldıraraq, qadını belə çıxardılar - VİDEO

28 Yan, 2020
12:56
3360

Maşını qaldıraraq, qadını belə çıxardılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maşının altına düşən qadını xilas etmək üçün yoldan keçənlər köməkləşərək avtomobili qaldırıblar.

Bu barədə “New York Post” xəbər yayıb.

Məlumata görə, hadisə ABŞ-ın Nyu-York şəhərində baş verib. 

Şahidlərdən birinin sözlərinə görə, toqquşma səsi və qışqırıq eşidib.

“Mən yaxınlaşanda yolayrıcında çoxlu adam toplaşmışdı. Birdən hamı maşını qaldırmağa başladı. Hər şey qəfil baş verdi”, - deyə o bildirib.

Qadının vəziyyəti barədə dəqiq məlumat yoxdur. Bununla belə, polis hadisə yerinə gələndə o, özündə olub və telefondan istifadə edib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri