29 
Yan
2020
15:02
196
25
9967
Virtual karabakh

Brayantın ölümünə səbəb olan erməni pilotun səhvləri açıqlandı - FOTO

29 Yan, 2020
15:02
9967

Brayantın ölümünə səbəb olan erməni pilotun səhvləri açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uçuş təlimi üzrə amerikalı ekspert məşhur basketbolçu Kobe Brayantın helikopterini idarə edən erməni pilot Ara Zobayanın səhvləri barədə danışıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Rendi Uoldman radar izləmə məlumatlarına əsaslanaraq, Zobayanın özünü itirmiş ola biləcəyini deyib. Onun sözlərinə görə, helikopterin qeydə alınmış sürəti onda idarəetmənin tamam itirildiyini göstərir.

“Orientasiyanı itirəndə hiss orqanları tamamilə “çökür”. Siz haranın yuxarı, haranın isə aşağı olduğunu anlamırsınız”, - deyə Uoldman vurğulayıb.

O, əlavə edib ki, pilot əlverişli görünüşü olan təhlükəsiz yerə qayıda bilərdi.

Xatırladaq ki, Kobe Brayant yanvarın 26-da aviaqəzada həlak olub. Göyərtədə idmançının 13 yaşlı qızı Cianna və daha səkkiz nəfər olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri