12 
Fev
2020
13:48
14
123
4545
Virtual karabakh

İçdikdən sonra “Facebook”da status yazdı: “İlahi, sən dronu qoru” - FOTO

12 Fev, 2020
13:48
4545

İçdikdən sonra “Facebook”da status yazdı: “İlahi, sən dronu qoru” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus səbəbindən “Diamond Princess” kruiz gəmisində karantində qalmaq məcburiyyətində olan sərnişinlər şərab içməklə stressdən çıxırlar.

Lenta.ru-nun məlumatına görə, bu barədə Avstraliyadan olan səyyah Deyv Binskin “Facebook” səhifəsində yazıb.

“Diamond Princess” Yaponiya sahilinə lövbər atdığı günün səhəri D.Binskinə və xanımına üzv olduqları şərab klubundan qeyri-adi zəng gəlib. “Naked Wine Club” təşkilatının nümayəndələri onlara baş verənlərlə bağlı təəssüfləndiklərini bildirib və təsəlli üçün gəminin göyərtəsinə dron vasitəsilə iki şüşə şərab göndərməyi təklif ediblər. 

Cütlük bundan sonra izləyicilərə gəmidəki macəralarından və stressdən çıxmaqda şərabın necə kömək etməsindən yazıblar.

“Bu dəqiqə ilk qurtumu aldım. İlahi, dronları qoru”, - deyə D.Binskin yazıb.

Xatırladaq ki, fevralın 5-də sərnişinlərdən birində virus aşkarlandıqdan sonra “Diamond Princess” Yaponiya sahillərində lövbər salıb. Ümumilikdə, gəmidə 50 ölkədən olan 3700 nəfərdən artıq sərnişin var. Karantin əvvəlcə fevralın 19-na kimi təyin olunmuşdu, lakin təcrid müddəti uzadıla da bilər.

Son məlumatlara görə, gəmidə virusa yoluxanların sayı 175 nəfərə çatıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri