13 
Fev
2020
09:18
9
127
3082
Virtual karabakh

İnsanlar köməksiz vəziyyətdə bir aydan çox okeanın ortasında qaldılar

13 Fev, 2020
09:18
3082

İnsanlar köməksiz vəziyyətdə bir aydan çox okeanın ortasında qaldılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sakit okeanda bir aydan çox köməksiz vəziyyətdə qalan insanlardan 4-ü xilas edilib.

Lenta.ru-nun xəbərinə görə, Yeni Qvineya adasının Şərqi Papua hissəsindən 12 nəfər yeni ili qeyd etmək üçün qayıqla səyahətə çıxıb.

Bir müddət sonra qayıq çevrilib və onlar okeana düşüblər.

Onların bəzisi xilas ola bilib. Yemək və su qurtaranda isə kokos ağaclarının yaxınlığından üzməyə çalışan səyahətçilər qoza və yağış suyu ilə qidalanıblar. Aclıqla və çətin şəraitlə mübarizədə dörd nəfər xilas ola bilib.

Bir aydan sonra qayıq Yeni Kaledoniya sahillərinə çatıb.

Bir həftə sonra isə həmin şəxsləri Solomon adalarının paytaxtı Honiara şəhərinə çatdırıblar.

Hazırda onlar xəstəxanada müalicə alırlar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri