14 
Fev
2020
11:02
94
44
4986
Virtual karabakh

“60 saniyəyə qaçış”: Oğrular məşhur filmin ssenarisini həyata keçirdilər - VİDEO

14 Fev, 2020
11:02
4986

“60 saniyəyə qaçış”: Oğrular məşhur filmin ssenarisini həyata keçirdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğrular açardan belə istifadə etmədən “Mercedes GLS” markalı maşını 60 saniyə ərzində qaçırıblar. Bununla bağlı kadrları avtomobilin sahibləri sosial şəbəkədə yayıb. 

“Daily Mail”in məlumatına görə, hadisə İngiltərənin Dadli şəhərində baş verib.

Sosial şəbəkə istifadəçiləri bu oğurluq hadisəsini “60 saniyəyə qaçış” (“Gone in Sixty Seconds”) kinosundakı səhnələrə bənzədiblər.

Qeyd edək ki, baş rolda Nikolas Keycin oynadığı dünyaca məşhur filmdə də oğrular analoji üsulla bir dəqiqədən də az müddətə maşınları qaçırırlar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri