15 
Fev
2020
02:58
14
100
4805
Virtual karabakh

Alimlər mindən artıq insanı öldürən virusun yeni şəklini çəkdilər - FOTO

15 Fev, 2020
02:58
4805

Alimlər mindən artıq insanı öldürən virusun yeni şəklini çəkdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Montana ştatında yerləşən Milli Allergiya və infeksion xəstəliklər İnstitutunun laboratoriyası koronavirusun yeni şəkillərini dərc edib. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Şəkillər skaner və transmissiya elektron mikroskopunun vasitəsilə əldə edilib. Bunun üçün nümunədən elektron dəstəsi keçirilib. Bundan sonra həmin elektronlar maqnit linzalarının köməyi ilə böyüdülüb və CCD matrisində qeyd edilib.


Lakin bu yolla yalnız ağ-qara şəkil alınıb. Buna görə də alimlər şəkilləri xüsusi proqram vasitəsilə rəngləyiblər.

Tədqiqatçılar qeyd edirlər ki, bu koronavirus 2002-2003-cü illərdə atipik pnevmoniyaya səbəb olan  “qohumundan” vizual cəhətdən, demək olar ki, fərqlənmir. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri