15 
Fev
2020
06:44
35
22
2290
Virtual karabakh

Blumberq “İnstaqramda” siyasi reklamına 1,5 milyon ABŞ dolları xərclədi

15 Fev, 2020
06:44
2290

Blumberq “İnstaqramda” siyasi reklamına 1,5 milyon ABŞ dolları xərclədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizəd, Nyu-Yorkun sabiq meri, milyarder Maykl Blumberq “İnstagram” sosial şəbəkəsində seçki ilə bağlı təbliğat materiallarını yaymaq üçün 1 milyondan 1,5 milyon ABŞ dollarına qədər pul xərcləyib.

TASS-ın məlumatına əsasən, bu barədə “Forbes” jurnalında dərc olunan məqalədə deyilir.

Nəşr bildirir ki, 30-a yaxın şəxs Blumberqin seçkiqabağı təbliğat materiallarını “İnstaqram”da parlaq və yaddaqalan şəkildə paylaşır . 

“Forbes” müxbirlərinin müsahibə aldığı ekspertlərin fikrincə, ABŞ-da “İnstagram”da 1 milyondan çox abunəçisi olan tanınmış şəxslər bir məlumatı öz səhifəsində paylaşmaq üçün azı 10 min ABŞ dolları tələb edirlər. Siyasi xarakterli materiallara görə isə qiymət 50 min dollara qədər arta bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri