15 
Fev
2020
10:30
11
176
6433
Virtual karabakh

Ata ilə oğul bıçaqlaşdı, ana araya girdi: Bir ölü, iki yaralı

15 Fev, 2020
10:30
6433

Ata ilə oğul bıçaqlaşdı, ana araya girdi: Bir ölü, iki yaralı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Afyonkarahisar bölgəsində İrfan Zengin adlı şəxs 64 yaşlı atasını bıçaqlayaraq öldürüb.

Bu barədə “HaberGlobal” informasiya yayıb.

Məlumata görə, İrfan Zenginlə atası Abdil Zengin arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə tezliklə daha da gərginləşib və ata ilə oğul bıçağa əl atıblar.

Nəticədə, Abdil Zengin hadisə yerindəcə vəfat edib, atasını öldürən İrfan Zengin isə yaralanaraq xəstəxanaya aparılıb. Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu və həyati təhlükənin mövcud olduğunu qeyd ediblər.

Hadisə zamanı araya girən ana 71 yaşlı Emine Zengin də yaralanaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başladılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri