15 
Fev
2020
18:17
26
448
5946
Virtual karabakh

Rahibə maşınla vurduğu uşaqları hadisə yerində qoyub qaçdı

15 Fev, 2020
18:17
5946

Rahibə maşınla vurduğu uşaqları hadisə yerində qoyub qaçdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

33 yaşlı qadın avtomobilində iki qızı və onların anasını vurub, sonra isə yaralıları hadisə yerində qoyaraq, oradan uzaqlaşıb.

Avtomobilin sükanı arxasında həmin vaxt rahibə olub. Digər məlumatlarda onun keşiş arvadı olduğu bildirilir.

Lenta.ru-nun məlumatına görə, hadisə nəticəsində ana və uşaqları xəndəyə yıxılıb. Maşını sürən qadın isə onlara baxıb və evdə onu öz uşaqlarının gözlədiyini deyərək, çıxıb gedib.

Yaralılar başqa sakinlər tərəfindən xəstəxanaya çatdırılıb. Qadının 10 yaşında olan böyük qızının onurğa sütunu zədələnib. Bağçaya gedən balaca qız isə qəzadan yüngül travmalarla xilas olub.

Hadisə ilə bağlı tədqiqatlara başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri