16 
Fev
2020
02:58
28
91
4354
Virtual karabakh

ABŞ Milli Kəşfiyyatının sabiq rəhbərinin qızı qətldə şübhəli bilinir

16 Fev, 2020
02:58
4354

ABŞ Milli Kəşfiyyatının sabiq rəhbərinin qızı qətldə şübhəli bilinir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru Con Neqropontenin qızı adam öldürmə ittihamı ilə saxlanılıb.

Bu barədə Merilend ştatının Montqomeri dairəsinin polisi tərəfindən yayılan məlumatda bildirilir.

“24 yaşlı Yusuf Rasmussenin öldürülməsi ilə bağlı cinayət işi açılıb. Cinayəti törətməkdə 27 yaşlı Sofiya Neqroponte şübhəli bilinir. O, hadisə yerində həbs edilib”, - polisin bəyanatında deyilir.

Con Neqroponte “Washington Post”a məlumatı təsdiqləyib.

Şahidin və öldürülən şəxsin dostunun sözlərinə əsasən, hadisə baş verən gün Yusuf və Sofiya birgə televizora baxır və spirtli içki içirdilər. Sonra isə onlar dalaşmağa başlayıblar.

Con Neqroponte Honduras, Meksika və İraqda ABŞ-ın səfiri və 2005-ci ildən 2007-ci ilə qədər Milli Kəşfiyyatın direktoru olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri