16 
Fev
2020
04:20
46
279
8659
Virtual karabakh

Növbəsini təhvil verən işçi qab yuyulan çanaqda çimdi - VİDEO

16 Fev, 2020
04:20
8659

Növbəsini təhvil verən işçi qab yuyulan çanaqda çimdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Miçiqan ştatında yerləşən restoranların birində növbəsini başa vuran işçi qab yumaq üçün nəzərdə tutulan çanaqda çimib.

ClickOnDetroit.com”un məlumatına görə, restoranın digər əməkdaşı prosesi videoya çəkərək “Tik Tok” və “Facebook” sosial şəbəkələrində yerləşdirib.

Videodan görünür ki, işçilərdən biri sabunlu su doldurulmuş çanaqda çimir, restoranın digər əməkdaşı da ona yaxınlaşır və onlar heç nə olmamış kimi söhbət edirlər. 

“Bu, yolverilməz hərəkətdir və təhlükəsizlik, təlim və istismar standartlarımıza ziddir. Bu vəziyyəti öyrəndikdən sonra, videodakı bütün işçilər dərhal işdən çıxarılıb və restoran tamamilə dezinfeksiya edilib”, - deyə restoranın sahibi bildirib və qeyd edib ki, hadisədən sonra ora ABŞ Səhiyyə Departamentindən yoxlama gəlib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri