17 
Fev
2020
02:19
94
18
3128
Virtual karabakh

Şimali Makedoniyada parlament buraxıldı

17 Fev, 2020
02:19
3128

Şimali Makedoniyada parlament buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Makedoniyanın parlamentinin sədri Tələt Cəfəri cari ilin aprelin 12-si ölkədə parlament seçkilərinin keçirilməsi haqda qərar imzalayıb.

“RİA Novosti” xəbər verir ki, bundan öncə isə ölkənin parlamenti özünün buraxılması barədə səsvermə keçirib.

Səsvermənin nəticəsində Şimali Makedoniyanın parlamenti buraxılıb.

Qeyd edək ki, cari ilin yanvarın üçündə Zoran Zayevin başçılıq etdiyi hökümət istefa verib.

Hal-hazırda müvvəqəti kabineti ölkəni sabiq vitse-baş naziri və hazırki Daxili İşlər naziri Oliver Spasovski idarə edir.

Xatırladaq ki, 2018-ci ildə Yunanıstan və Makedoniya keçmiş Yuqoslaviya ölkəsinin adı ilə bağlı davam edən mübahisəni sona yetirən anlaşma imzalayıb.

Anlaşmaya əsasən, ölkənin adı Şimali Makedoniya olub.

Şimali Makedoniya NATO-ya qəbul edilən ən yeni ölkədir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri