17 
Fev
2020
07:11
12
260
3201
Virtual karabakh

Kamerunda 14 uşaq banditlərin qurbanı oldu

17 Fev, 2020
07:11
3201

Kamerunda 14 uşaq banditlərin qurbanı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kamerunun cənubunda silahlı şəxslərin yerli sakinlərə hücumu nəticəsində 20-dən çox insan, o cümlədən 14 uşaq qətlə yetirilib.

“France Press” xəbər verir ki, 14 uşaqdan doqquzu beş yaşına çatmamışdı.

Bundan əlavə, cinayətkarlar bir hamilə qadını və əllərində uşaq olan daha iki qadını amansızca qətlə yetiriblər.

Qeyd etmək lazımdır ki, Kamerunun cənubunda tanınmayan “Ambazoniya” adlı ərazi yerləşir.

Oranın əhalisi Kamerunun əsas hissəsindən fərqli olaraq, frankofon yox, anqlofondur.

1990-cı ildən başlayaraq buradakı separatçılar Kamerundan ayrılmaq istəyirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri