17 
Fev
2020
10:10
62
76
5751
Virtual karabakh

Adriana Lima növbəti dəfə özünə türk sevgili tapdı? - FOTO

17 Fev, 2020
10:10
5751

Adriana Lima növbəti dəfə özünə türk sevgili tapdı? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur model Adriana Lima Sevgililər günündə sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Türkiyəli biznesmen Emir Uyardan ayrıldıqdan sonra yalnız olan Adriana Lima bu paylaşımı ilə şəxsi həyatı barədə suallar yaradıb.

Dünyanın ən gözəl qadınlarından biri hesab olunan Lima paylaşımının altında Mövlana Cəlaləddin Ruminin bu sözlərini yazıb:

“İtirdiyin hər şey başqa bir surətdə bir gün mütləq geri dönər”.

Fotonun altında türkiyəli biznesmen Emir Bahadırın üç ürək işarəsi qoyması diqqətdən yayınmayıb. Modelin də biznesmeni sosial şəbəkədə izləməsi “yeni sevgi” iddialarını ortaya çıxarıb.

Xatırladaq ki, 2019-cu ilin əvvəlindən biznesmen Emir Uyarla sevgili olan 38 yaşlı model sentyabr ayında münasibətinə son qoyub.

Lima daha əvvəl də yazar Metin Hara ilə sevgili olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri