17 
Fev
2020
14:34
50
171
9988
Virtual karabakh

Putin İstanbulda super qəhrəman obrazında “peyda oldu” - FOTO

17 Fev, 2020
14:34
9988

Putin İstanbulda super qəhrəman obrazında “peyda oldu” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Arxangelsk şəhərinin keçmiş meri, rəssam Aleksandr Donskoy İstanbul şəhərində Rusiyanın Baş Konsulluğunun yerləşdiyi İstiqlal küçəsində prezident Vladimir Putinin şəkillərini asmağa çalışıb.

Bu barədə news.ru məlumat yayıb.

Bu addım şəhərin icra orqanları ilə razılaşdırılmadığı üçün rəssamın işləri tezliklə yığışdırılıb.

Rəssam bu yolla Suriya və bir sıra digər məsələlərdə müxtəlif mövqelərə baxmayaraq, Ankara ilə Moskva arasındakı münasibətləri nümayiş etdirmək istədiyini qeyd edib.

A.Donskoy hazırda Rusiya və Türkiyə arasındakı münasibətlərdə gərginlik müşahidə olunduğunu bildirib.

“Mən Putinin Rusiyada super qəhrəman kimi qəbul olunduğunu nümayiş etdirmək istəyirdim. Buna görə də portretlərdə “Putin super qəhrəman” yazmışam”, - deyə Donskoy bildirib.

Rəssam həmçinin, şəkilləri küçədən asmaqla əhalinin reaksiyasını yoxlamaq istədiyini də qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri