17 
Fev
2020
15:13
189
20
3516
Virtual karabakh

Koronavirusla mübarizə üçün ilk dərmanın istehsalına başlandı

17 Fev, 2020
15:13
3516

Koronavirusla mübarizə üçün ilk dərmanın istehsalına başlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin şərqində Tayçjou əyalətində koronavirusla mübarizədə təsirli ola biləcək ilk dərmanın istehsalına başlanılıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, “Zhejiang Hisun Pharmaceutical” şirkəti tərəfindən hazırlanmış “Faveylavey” dərmanı (əvvəllər “Favipiravir” ya da “Fapilavey”) Çinin Dövlət Dərman vəsaitlərinə və Qida məhsullarına nəzarət İdarəsi tərəfindən təsdiq olunub.

İstehsal edilən dərmanın koronavirusun müalicəsində və qarşısının alınmasında mühüm rol oynaya biləcəyi qeyd olunur.

Çin Elm və Texnologiya Nazirliyi yanında Milli Biotexnoloji İnkişaf Mərkəzinin direktoru Çjan Sinmin tədqiqatlar zamanı bir neçə növ dərmanın, o cümlədən “Remdesivir” və Yaponiyada istehsal olunan “Favipiravir” dərmanının koronavirusun müalicəsində klinik effekt göstərdiyini bildirib.

O, koronavirusa qarşı peyvəndin hazırlanmasını sürətləndirmək üçün müxtəlif texnoloji yanaşmalardan istifadə edildiyini və bir sıra peyvəndlərin artıq heyvanların üzərində sınaqdan keçirildiyini də diqqətə çatdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri