Ukrayna nazirindən proqnoz: Rusiya və Belarus arasında müharibə olacaq
Ukrayna nazirindən proqnoz: Rusiya və Belarus arasında müharibə olacaq
Ukrayna Xarici İşlər Naziri Vadim Pristayko Rusiya və Belarus arasında müharibə təhlükəsi olduğunu dilə gətirib.
“Respekt” xəbər verir ki, Pristayko hələ bir neçə il əvvəl Belarus jurnalistlərinə bu haqda dediyini bildirib.
“Əgər ölkəniz müstəqil qalmaq istəsə, Ukrayna kimi müharibə, çətinlik və iztirablarla üz-üzə qalacaq”, - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, o vaxt həmsöhbətləri ona inanmamışdı.
“Ola bilsin ki, indi onlar daha az tərəddüd edirlər. Ümid edirəm ki, bu müharibə baş verməyəcək, çünki belaruslar daha sakit və təmkinlidirlər. Lakin biz də belə idik. Rusiyalılar sizi öldürməyə başlayanadək bu belə davam edəcək”, - deyə nazir əlavə edib.
Pristaykonun fikrincə belarusların iki çıxış yolu var: “Ya belaruslar “xarici tərəfdaşların” dəstəyi ilə sakit və təmkinli oturub məğlub olmalıdırlar, ya da indindən mübarizəyə başlamalıdırlar”.