18 
Fev
2020
07:12
17
183
4569
Virtual karabakh

Daş qadın alpinistin ayağını qopararaq ölümünə səbəb oldu

18 Fev, 2020
07:12
4569

Daş qadın alpinistin ayağını qopararaq ölümünə səbəb oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinada Akonkaqua dağından enərkən alpinist Nelya Saldeyevanın ayağına dəyən daş onun ölümünə səbəb olub.

“Faktı” xəbər verir ki, bu barədə Nelya ilə bir neçə dəfə dağa qalxan “Kuluar” adlı Ukrayna klubunun rəhbəri Taras Pozdniy xəbər verib.

“Ayın 15-i qrup tam heyətlə dağın zirvəsinə qalxdı və sonra enməyə başladı. Nelya arxada idi. Ondan arxada daha beş nəfər var idi. 6300-6400 met hündürlükdə qəflətən futbol topu böyüklüyündə daş uçaraq onun diz nahiyəsinə tuş gəlib. Daş o qədər sürətli olub ki, Nelyanın ayağını qopardıb”, - deyə Pozdniy bildirib.

Onun sözlərinə görə, qadına zəruri tibbi yardım göstərilib və o ayıq olub.

Tibbi yardımdan sonra alpinistlər sürətlə qadını aşağı endirməyə çalışıblar. Lakin xəsarət ağır olduğundan qadın alpinist yolda keçinib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri