18 
Fev
2020
11:07
76
7
5117
Virtual karabakh

“Kabus gəmi” sahilə çıxdı - VİDEO

18 Fev, 2020
11:07
5117

“Kabus gəmi” sahilə çıxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanzaniya bayrağı altında üzən və 2018-ci ildə itmiş yük gəmisi İrlandiyanın Kork qraflığında sahilə çıxıb.

Xəbəri “Irishexaminer” agentliyi yayıb.

Gəmidə yoxlama aparan sahil mühafizə xidmətinin işçiləri gəmidə heyət üzvlərini aşkar etməyiblər.

Gəmi 2018-ci ilin sentyabr ayında Bermud adalarının cənub-şərq istiqamətində olan zaman sıradan çıxıb. Heyət üzvləri gəmidən xilas edilsə də, gəmini sahilə çıxarmaq mümkün olmayıb. Uzun müddət radarlardan itən yük gəmisini axtarışları nəticə vermədiyindən, onu “Kabus gəmi” adlandırıblar.  

Ehtimal edilir ki, gəmi “Dennis” fırtınası səbəbindən sahilə çıxıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri