18 
Fev
2020
12:22
21
111
2178
Virtual karabakh

Ağrı hiss edən robot yaradıldı - FOTO

Yaponiyada ağrı hiss edən robot yaradılıb.

“Planet Tuday”in xəbərinə görə, “Affetto” adlı qurğunun köməyi ilə robotlar ağrını hiss edərək insanları daha yaxşı anlayacaq.

Bu ixtira Osaka Universitetinin mütəxəssisi Minor Əsəd tərəfindən ABŞ-ın “Elmin İnkişafı Dərnəyi”nin illik toplantısında təqdim edilib.

İxtiraçılar yeni qurğunun robotları insana daha çox yaxınlaşdıracağını və yalnız kəskin ağrıları deyil, həm də nəzərəçarpan toxunuşları belə hiss edə biləcəklərini iddia edirlər.

Sınaq zamanı robot aldığı ağrıları uğurla qeyd edə biləcəyini və lazımi şəkildə cavab verə biləcəyini göstərib. Robota insan duyğularını göstərmək imkanı da verilib.

M.Əsəd ixtirasını təkmilləşdirəcəyini deyib. Mütəxəssis belə bir qurğu sayəsində robotların insanlara, xüsusilə xəstələrə qayğı göstərilməsində kömək edə biləcəyini düşünür.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri