18 
Fev
2020
14:37
46
65
3602
Virtual karabakh

Kral ailəsində bir həftə ərzində ikinci boşanma

18 Fev, 2020
14:37
3602

Kral ailəsində bir həftə ərzində ikinci boşanma

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kraliça II Elizabetin bacısı oğlu Devid Armstronq-Cons 26 il evli olduğu xanımı Serena ilə boşandığını elan edib.

Bu barədə “BBC News” xəbər yayıb. 

Şahzadə Marqaretin 58 yaşlı oğlu boşanma qərarını elan etdikdən sonra mətbuatdan özəl həyatlarına hörmətlə yanaşılmasını istəyib.

Cütlük 1993-cü il oktyabrın 8-də ailə qurub. Onların Çarlz və Marqaret adlı iki övladı var.

Qeyd edək ki, bu, kral ailəsində həftə ərzində ikinci boşanma hadisəsidir.

Fevralın 11-də II Elizabetin böyük nəvəsi boşandıqlarını elan etmişdi. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri