18 
Fev
2020
15:07
23
120
3420
Virtual karabakh

Ondan ayrılmaq istəyən sevgilisini öldürüb yandırdı - FOTO

18 Fev, 2020
15:07
3420

Ondan ayrılmaq istəyən sevgilisini öldürüb yandırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Afyonkarahisar vilayətində bir həftə əvvəl itkin düşən qadının meyiti tapılıb.

“Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə görə, 44 yaşlı qadın sevgilisi tərəfindən öldürülüb.

Belə ki, iki uşaq anası D.S. fevralın 11-də işdən çıxandan sonra itkin düşüb. Qohumlarının müraciəti əsasında polis araşdırma aparıb. Nəticədə, qadının meyiti bir həftə sonra yarısı yanmış vəziyyətdə şossenin yanındakı çuxurda tapılıb.

Məlum olub ki, sevgilisi A.C. ondan ayrılmaq istəyən D.S.-nı bıçaqlayaraq öldürüb. Daha sonra o, tanınmaması üçün cəsədi yandırıb.

Faktla bağlı araşdırma davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri