19 
Fev
2020
06:42
200
73
4108
Virtual karabakh

Tramp: Ərdoğanla birlikdə İdlib məsələsinin üzərində işləyirik

19 Fev, 2020
06:42
4108

Tramp: Ərdoğanla birlikdə İdlib məsələsinin üzərində işləyirik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoğanla birgə Suriyanın İdlib şəhəri ilə bağlı məsələnin üzərində işlədiyini bildirib.

“RİA Novosti” xəbər verir ki, Tramp Ərdoğanla çox yaxşı danışıqların baş tutduğunu qeyd edib.

“O sərt adamdır, lakin bizim yaxşı münasibətlərimiz var...o, orada onminlərlə, yüzminlərlə insanın qətlə yetirilməsini istəmir”, - deyə ABŞ Prezidenti əlavə edib.

Xatırladaq ki, fevralın 17-si dövlət başçıları arasında telefon danışığı baş tutub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri