19 
Fev
2020
14:34
14
149
4107
Virtual karabakh

Sərnişin təyyarəsinin mühərriki alovlandı - VİDEO

19 Fev, 2020
14:34
4107

Sərnişin təyyarəsinin mühərriki alovlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“GoAir” aviaşirkətinə məxsus təyyarə uçuşa hazırlaşan vaxt mühərriki alovlanıb.

Bu barədə “The Independent” xəbər yayıb.

Hadisə Hindistanın Əhmədabad şəhərinin aeroportunda baş verib. Yanğına səbəb kimi mühərrikə düşən yad cisim göstərilir.

Alovu operativ şəkildə söndürmək mümkün olub. Bütün sərnişinlər və heyət üzvləri təxliyyə olunub. Zərərçəkən yoxdur.

Hadisə ilə əlaqədar olaraq Banqalor şəhərinə planlı uçuş dörd saat müddətinə təxirə salınıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri