19 
Fev
2020
21:17
37
330
15858
Virtual karabakh

Ermənilərdən Rusiyada təhqiredici irqçi hücum - VİDEO

19 Fev, 2020
21:17
15858

Ermənilərdən Rusiyada təhqiredici irqçi hücum - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə erməni neonasistin gənc cütlüyə hücum anının görüntüləri yayılıb. Hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.

Bu barədə “Çarıqrad” telekanalı xəbər yayıb.

Kadrlarda erməni gəncin kafedə istirahət edən iki sevgiliyə yaxınlaşdığı görünür. Qızdan erməni olub-olmadığını soruşanda, o, müsbət cavab verib, oğlan isə rus olub.

Bundan sonra o, cütlükdən niyə birlikdə istirahət etdiklərini soruşmağa başlayıb və sonra qızın atasının telefon nömrəsini tələb edib. Qız imtina etdikdə isə erməni onun tərəfə stəkanlar atmağa başlayıb

Qız anasının rus, atasının erməni olduğunu izah etdikdən sonra nasist onu “zibil” və “millətin üz qarası” adlandırıb.

Məlumata görə, gənclərə hücum edən Adam Askoyan “AspeT” erməni neonasist qrupunun lideridir. O da vurğulanır ki, “AspeT” qrupu 2019-cu ilin yayında yaradılıb. Təşkilata girən gənclər öz qurbanlarını sosial şəbəkələrdə axtarır və onların ovuna çıxırlar.

Rəsmi mənbələr və erməni diasporunun nümayəndələri hələ ki məsələ ilə bağlı şərh verməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri