19 
Fev
2020
17:50
185
31
5361
Virtual karabakh

Ermənistan ordusundakı ölüm faktları ilə bağlı ixtisar

19 Fev, 2020
17:50
5361

Ermənistan ordusundakı ölüm faktları ilə bağlı ixtisar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan prezidenti Armen Sarkisyan ordu rəhbərliyində vəzifəli şəxsi işdən çıxarıb.

Bu barədə Ru.armeniasputnik.am xəbər yayıb.

Xəbərdə bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin Mənəvi-Psixoloji Təminat üzrə İdarəsinin rəisi Aleksan Aleksanyan vəzifəsindən çıxarılıb.

Aleksanyanın vəzifədən uzaqlaşdırılması orduda baş verən sensasiyalı hadisələrin nəticəsidir.

Xəbərdə qeyd edilir ki, bu ilin əvvəlindən Ermənistan ordusunda 13 hərbi qulluqçu ölüb.

Bütün ölüm faktları dinc şəraitdə qeydə alınıb. Dörd hərbi qulluqçunun qəza nəticəsində, dördünün isə xəstəlikdən öldüyü bildirilir.

Qalan beş hadisə isə araşdırılır. Üç hərbçinin ölüm faktına görə, “intihar etmək” maddəsi ilə cinayət işi başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri