21 
Fev
2020
01:58
256
20
16928
Virtual karabakh

16 yaşlı oğlanı cinsi istismar edən sürücünü yarıçılpaq vəziyyətdə döydülər - FOTO

21 Fev, 2020
01:58
16928

16 yaşlı oğlanı cinsi istismar edən sürücünü yarıçılpaq vəziyyətdə döydülər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ata iki yaxın qohumu  ilə birləşərək oğlunu cinsi istismar edən avtobus sürücüsünü döyüb.

Hadisə İstanbulda yaşanıb. Bu barədə “Hurriyet” xəbər yayıb. 

Bildirilir ki, polisə bir kişinin üç nəfər tərəfindən döyüldüyü barədə məlumat daxil olub.

Hüquq mühafizəçiləri hadisə yerinə getdikdə ərazidə qaçan yarıçılpaq bir kişini görüblər. Onun üz-gözü qan içində idi. Məlum olub ki, bu şəxs məktəb avtobusunun sürücüsüdür. Sonradan ona hücum edənlər də saxlanılıb.

Yeniyetmənin atası 16 yaşlı oğluna sürücü tərəfindən əxlaqsız videolar göndərildiyini və ismarıclar yazıldığını bildirib. Bu səbəbdən ata iki yaxın qohumunu da götürərək ona görüş yeri təyin edib. 

Hadisə ilə bağlı istintaqa başlanılıb. Uşaq cinsi istismar şübhəsi ilə həkim müayinəsinə aparılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri