21 
Fev
2020
01:42
119
18
4574
Virtual karabakh

Erməni öz həmvətənini qarət etdi: Onu yerişi ələ verdi - VİDEO

21 Fev, 2020
01:42
4574

Erməni öz həmvətənini qarət etdi: Onu yerişi ələ verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Los-Anceles – Moskva reysi ilə hərəkət edən təyyarədə oğurluq hadisəsinin üstü açılıb.

REN TV bununla bağlı kadrları yayımlayıb.

Belə ki, Ermənistan vətəndaşı aeroportun növbətçi hissəsinə müraciət edərək təyyarənin göyərtəsində unutduğu və içərisindən 40 min dollar (68000 AZN) olan çantasını tapmaqda kömək istəyib.

Hüquq mühafizəçiləri hava gəmisində axtarış aparsalar da, orda çantanı tapmayıblar. Buna görə axtarışlarını genişləndiriblər.

Aeroportda yeriyərkən çətinlik çəkən qadın və yanındakı kişi onların diqqətini çəkib. Məlum olub ki, cütlük təyyarədə elə zərərçəkənin yanında oturub. Yerevandan olan qadın və kişi Ermənistana getmək üçün bilet almağa hazırlaşırmış. Qadın çətinliklə addımlamasını səhhətində problemlə əlaqələndirib, lakin sonra məlum olub ki, idman ayaqqabılarının içində gizlətdiyi əsginazlar onun yeriməsinə mane olub. Qalan pullar qadının ərinin gödəkçəsinin daxili cibində tapılıb.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri