21 
Fev
2020
15:01
57
54
9707
Virtual karabakh

Ekspertlər həyəcan təbili çalır: “Koronavirusa bu yolla da yoluxmaq mümkündür”

Rusiyalı mütəxəssislər Çinə getməyən və yoluxmuş şəxslərlə təmasda olmayan insanların koronavirusa yoluxması ilə bağlı iki versiya irəli sürüblər.

Bu barədə “İzvestiya” xəbər yayıb.

Birinci versiyaya görə, yoluxmanın səbəbi gizli infeksiya daşıyıcıları ilə əlaqədar ola bilər.

Mütəxəssislərin fikrincə, patogen Çindən gələn və heç bir simptom görünməyən insanlardan keçə bilər.

Bundan başqa, patogeni müəyyən etmək üçün aeroportlarda həyata keçirilən skrininq effektsiz sayılıb.

Mütəxəssislər hesab edirlər ki, xəstəliyin inkubasiya dövrü çox olduğundan, yoluxanların yarısı aparatda müəyyən edilmir. Virus klinik olaraq iki-üç həftə özünü göstərməyə bilər.

İkinci versiyaya görə, diaqnostikada istifadə olunan testlər “COVID-19”a deyil, genetik cəhətdən yaxın digər ştamma reaksiya verə bilər.

Mütəxəssislər hesab edirlər ki, hökumət tərəfindən həyata keçirilən tədbirlərə artıq barmaqarası baxmaq olmaz.

Son məlumatlara görə, epidemiyanın mərkəzi sayılan Çinin Uhan şəhərində yeni növ koronavirusdan ölənlərin sayı 2144 nəfərə çatıb. 62422 nəfər xəstəliyə yoluxub. 11788 nəfər isə tam sağalıb.

Qeyd etmək lazımdır ki, yeni növ koronavirus artıq dünyanın 25 ölkəsində təsbit edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri