21 
Fev
2020
13:57
18
103
3235
Virtual karabakh

Tramp “İlin ən yaxşı filmi”ni hədəfə aldı

21 Fev, 2020
13:57
3235

Tramp “İlin ən yaxşı filmi”ni hədəfə aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Donald Tramp “Parazitlər” filminə “Oskar” mükafatının verilməsini tənqid edib.

ABŞ lideri bu barədə fikirlərini Kolorado ştatında çıxışı zamanı açıqlayıb.

“Bu il Kino Sənəti Akademiyası çox pis mükafatlandırma edib. Qalib Cənubi Koreya rejissorunun çəkdiyi filmdir. Orada nə baş verir? Bizim Cənubi Koreya ilə ticarət sahəsində problemlərimiz kifayət qədərdir. Belə bir vaxtda onların filminə ilin ən yaxşı filmi laureatı verilir. Bu, normaldır? Bilmirəm. Gəlin, “Küləklə sovrulanlar”ı qaytaraq, xahiş edirəm...Qalib isə Cənubi Koreyadandır", - deyə Tramp bildirib.

Qeyd edək ki, Cənubi Koreya istehsalı olan “Parazitlər” filmi “İlin ən yaxşı filmi” seçilərək “Oskar” mükafatına layiq görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri