22 
Fev
2020
08:04
26
115
4732
Virtual karabakh

Rusiya NATO-ya nüvə zərbəsi endirib – ABŞ-ın yeni təlim ssenarisi

22 Fev, 2020
08:04
4732

Rusiya NATO-ya nüvə zərbəsi endirib – ABŞ-ın yeni təlim ssenarisi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Rusiyanın Avropaya nüvə zərbəsi endirməsinə hazır olmaq məqsədilə hərbi təlimlər keçirib. 

Bu barədə fevralın 21-də baş tutan brifinq zamanı Pentaqonun nümayəndəsi bildirib.

“Təlimlərin ssenarisinə əsasən, Rusiya Avropa ilə müharibə aparır və RF NATO ərazisində yerləşən obyektə qarşı az güclü nüvə silahından məhdud şəkildə istifadə edir”, - deyə nümayəndə bildirib.

Müdafiə Nazirliyinin nümayəndəsi, həmçinin qeyd edib ki, ABŞ Avropada ballistik və qanadlı raketlər yerləşdirəcək.

Təlimlər Nebraska şəhərindəki hərbi bazada keçirilib. Prosesdə ABŞ-ın Müdafiə naziri Mark Esper və respublikaçı konqresmen Ceff Fortenberr də iştirak edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri