22 
Fev
2020
10:08
109
45
6671
Virtual karabakh

Çinlilər ukraynalıların hərəkətindən heyrətə düşüb

22 Fev, 2020
10:08
6671

Çinlilər ukraynalıların hərəkətindən heyrətə düşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uhandan Ukraynanın Poltava əyalətinə ukraynalıların təxliyyəsi zamanı yerli sakinlərin etirazları çinliləri heyrətləndirib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Sosial şəbəkələrdə bu məsələ aktiv müzakirə olunub. Onlar ukraynalıların bu təlaşını ağlasığmaz davranış adlandırıblar. Digərləri isə etiraz aksiyası iştirakçılarını qəddarlıqda ittiham ediblər.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski də yerli sakinlərin etirazlarına qəzəbini ifadə edib. O, ölkə əhalisinə müraciətində sakinlərin avtobusa daş deyil, şərəf və ləyaqətlərinin qalıqlarını atdığını deyib.

Dövlət başçısı həmçinin, iğtişaşlarda günahkarların cəzalandırılacağına söz verib.

Xatırladaq ki, fevralın 20-də Çindən təxliyyə olunan ukraynalılar Poltavanın Novıye Sanjarı qəsəbəsində karantinə alınıb. Yerli sakinlər bunun qarşısını almağa çalışaraq yolları bağlayıb, polislə qarşıdurmaya çıxıblar və təxliyyə edilənlərin avtobusunu daşa basıblar.

İğtişaşlarla əlaqədar 20-dən çox adam saxlanılıb.

Ukraynada bir çoxları hadisəni qınayaraq, bu günü “milli rüsvayçılıq günü” adlandırıb. Sakinlər iddia edirlər ki, iğtişaşlar gəlmələr tərəfindən təşkil olunub. 

Qeyd edək ki, Lvov və Ternopol bölgələrində də barrikadalar qurulub, təxliyyə edilən ukraynalıların yerli xəstəxanalara yerləşdirilməsinə qarşı blok-postlar təşkil edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri