22 
Fev
2020
19:31
19
178
5199
Virtual karabakh

Keçmiş nişanlısının ərinin qətlini sifariş verdi

22 Fev, 2020
19:31
5199

Keçmiş nişanlısının ərinin qətlini sifariş verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya şəhərində bir sahibkar arvadının keçmiş nişanlısı tərəfindən ölümcül döyülüb.

“Demirören Haber Ajansı”nın (DHA) yaydığı məlumata görə, 39 yaşlı Mehmet Gülayın motosiklet qəzası zamanı yaralanaraq öldüyü bildirilib.

Sonradan məlum olub ki, M.Gülay arvadı Əminə Gülayın keçmiş nişanlısı Erol G. üç nəfərə pul verərək  Mehmet Gülayı döydürüb. Xəstəxanaya çatdırılsa da, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Erol G. Fransada bir qadınla evli olsa da, keçmiş nişanlısı ilə əlaqə saxlayıb.

Əminə Gülay ərinin onu döydüyünü və xəyanət etdiyini Erol G.-ya deyib.

Bundan sonra Erol G. Əminəni Aksaray şəhərinə aparıb. On gün sonra Əminə Gülay evinə qayıdıb. İstintaq prosesində Əminə Gülay da nəzarətə götürülüb.

Əminə Gülay və Mehmet Gülayı döyən üç kişi “qəsdən adam öldürmə” ittihamı ilə həbs olunublar. Qətlin sifarişçisi Erol G. tutulub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri