22 
Fev
2020
17:10
17
426
7116
Virtual karabakh

Dəhşətli yanğın bir ailədən üç can aldı

22 Fev, 2020
17:10
7116

Dəhşətli yanğın bir ailədən üç can aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda yaşayış evində yanğın baş verib.

“Demirören Haber Ajansı”nın (DHA) yaydığı məlumata görə, bu zaman evdə nənə və iki azyaşlı nəvəsi olub.

Yanğını görən qonşular yanğınsöndürən çağırıblar. Lakin nənə və nəvələrinin həyatını xilas etmək mümkün olmayıb.

Onların meyitləri hamamda bir-birini qucaqlamış vəziyyətdə tapılıb. Nənənin, bir və üç yaşları olan körpələrin tüstüdən boğularaq öldükləri güman edilir.

Hadisə baş verən zaman azyaşlıların valideynləri işdə olublar. Onlar uşaqlarını baxması üçün nənələrinin yanında qoyublar.

Faktla bağlı araşdırma başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri