23 
Fev
2020
02:29
26
256
6391
Virtual karabakh

Brayantın qəzaya uğradığı helikopterin pilotu qayda pozuntularına yol verib

23 Fev, 2020
02:29
6391

Brayantın qəzaya uğradığı helikopterin pilotu qayda pozuntularına yol verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beşqat NBA çempionu Kobi Brayantın qəzaya uğradığı helikopterin pilotu Ara Zobayan daha əvvəllər əlverişsiz meteoroloji şəraitdə uçuş qaydalarını pozub.

Bu barədə “Los Angeles Times” ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) tərəfindən yayılan məlumata istinadən xəbər verir. 

Nəşr bildirir ki, 2015-ci ildə aviadispetçer hava şəraiti vizual uçuş qaydalarına uyğun olmadığı üçün Zobayanın idarə etdiyi AS350 helikopterinə Los-Anceles hava limanının yaxınlığında hava məkanına daxil olmağı qadağan etmişdi. Qeyd edilir ki, Zobayan bu pozuntuya görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Xatırladaq ki, içərisində məşhur basketbolçu Kobe Brayant və qızı Canna olan helikopter yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində qəzaya uğrayıb. Onun göyərtəsindəki 9 nəfərin hamısı həlak olub.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri