23 
Fev
2020
05:07
47
390
9742
Virtual karabakh

İtaliya koronavirusa yoluxanların sayına görə Avropa lideri oldu - YENİLƏNİB

23 Fev, 2020
05:07
9742

İtaliya koronavirusa yoluxanların sayına görə Avropa lideri oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyada son iki gün ərzində koronavirus infeksiyasına yoluxanların sayı 76 nəfərə çatıb, onlardan 18 nəfəri reanimasiyaya yerləşdirilib.

“TASS” xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli məlumat verib.

“Beş əyalətdə 76 yoluxma halı təsdiqlənib. Lombardiyada 54, Venetoda 17, Emiliya-Romanyada 2, Latsioda 2 (Çin turisti) və Pyemontda bir nəfər virusa yoluxub”, - deyə Borrelli bildirib.

Onun sözlərinə əsasən, virusun daşıyıcılarından 33-ü xəstəxanaya yerləşdirilib, 11 nəfər isə ev nəzarətindədir. İki nəfər dünyasını dəyişib. 

03:28

İtaliya koronavirusa  yoluxanların sayına görə Avropada birinci yerə çıxıb. Bundan başqa, o, qitədə ölüm halları qeydə alınmış yeganə ölkədir.

ANSA-nın məlumatına əsasən, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının icraiyyə komitəsinin üzvü Valter Riççardi xəbər verib.

Onun sözlərinə görə, ölkədə bu virusa 50 nəfərdən artıq insan yoluxub və onların heç biri Çində olmayıb.

Bildirilir ki, ilk yoluxma halları Milan və Turində qeydə alınıb. Məlumata əsasən, Paduy şəhərində Skyavoniya xəstəxanasında 300-ü xəstə və 150-i tibb müəssisəsinin əməkdaşları olmaqla, 450 nəfər izolyasiyada saxlanılır. 

Xatırladaq ki, artıq İtaliyada koronavirusa yoluxmuş iki nəfər ölüb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri