23 
Fev
2020
08:25
86
356
6503
Virtual karabakh

Çində koronavirusun qurbanlarının sayı 2 400 nəfəri ötdü - YENİLƏNİB

23 Fev, 2020
08:25
6503

Çində koronavirusun qurbanlarının sayı 2 400 nəfəri ötdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verir.

Bildirilir ki, koronavirusa yoluxanların sayı 76 936 nəfərə çatıb, onlardan 2 442-i ölüb, 22 888 nəfər isə sağalaraq evə buraxılıb.

Məlumata əsasən, son sutka ərzində 648 yeni yoluxma halı qeyd olunub, 2230 nəfər sağalaraq evə buraxılıb, 97 nəfər isə ölüb. 

04:19

Epidemiyanın mərkəzi sayılan Çinin Uhan şəhərində yeni növ koronavirusdan ölənlərin sayı 2346 nəfərə çatıb.

Bu barədə Regional Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilir ki, xəstəliyə yoluxanların ümumi sayı isə 64 084 nəfərdir.

“Əyalətdə ötən sutka ərzində 96 nəfər ölüb, 630 yeni yoluxma halı isə qeydə alınıb”, - komitənin məlumatında deyilir.

Qeyd edilir ki, 1742 nəfər xəstəlikdən sağalıb. Ümumilikdə isə əyalətdə 15 299 nəfər xəstəxanalardan evlərinə buraxılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri