23 
Fev
2020
12:05
81
122
4835
Virtual karabakh

Tramp keçmiş müşavirini “satqın” adlandırdı

23 Fev, 2020
12:05
4835

Tramp keçmiş müşavirini “satqın” adlandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Donald Tramp Milli Təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonu “satqın” adlandırıb. 

“The Washington Post” xəbər verir ki, ölkə başçısı Boltonun kitabının nəşrinə icazə verilməməsi üçün çağırış edib. 

Tramp hesab edir ki, kitabda Ağ Ev ekspertləri tərəfindən aparılmış araşdırmanın nəticələri ilə bağlı gizli məlumatlar var. 

Mütəxəssislər kitabdakı bəzi informasiyaların “yüksək gizli səviyyədə” olduğunu müəyyən ediblər. 

Qeyd edək ki, Con Bolton 2019-cu ilin oktyabrında milli təhlükəsizlik müşaviri olaraq gördüyü işlər haqqında kitab yazmaq istədiyini bildirmişdi. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri